Rusiya Ukraynada neft emalı zavodunu və nəqliyyat-logistika mərkəzini vurub
Rusiya ordusu Poltava vilayətinin Kremençuq şəhərindəki neft emalı zavoduna və Kiyev vilayətinin Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzinə kütləvi zərbə endirib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. “Kütləvi zərbə nəticəsində Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzi (“Aleksandrovski” ofis-logistika kompleksi) vurulub”, – məlumatda qeyd olunub.











