Year: 2026

Cəmiyyət Dünya Gündəm

Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər ərzində 85 xarici vətəndaşı ölkədən çıxarıblar. Əks-səda xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, Miqrasiya İdarəsinin nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tayland, Filippin və […]

İdman
Dünya Gündəm Idman

“Roma” Frank Kessye ilə müqavilə bağlamaq istəyir

İtaliyanın “Roma” klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının keçmiş yarımmüdafiəçisi Frank Kessyeni heyətinə qatmaq niyyətindədir. Əks-səda xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb. Paytaxt təmsilçisi Fildişi Sahilindən olan 29 yaşlı futbolçunun transfer imkanlarını araşdırır. Komandanın baş məşqçisi Can Pyero Qasperini bu yarımmüdafiəçini kollektivində görməyi çox istəyir. Qeyd edək ki, 2023-cü ilin avqustundan “Əl-Əhli”də […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda tikilidə baş verən yanğın zamanı 36 yaşlı kişi ölüb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Bakıda avqustun 27-də 31 dərəcə isti, rayonlarda isə yağışlı hava gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil […]

Hadisə
Dünya Gündəm Hadisə

ABŞ Karib dənizində narkotik daşıyan qayığa zərbə endirib, ölənlər var

ABŞ ordusu Karib dənizində qayığa hücum təşkil edib və nəticədə dörd nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, zərbənin hədəfi Karib dənizində narkotik vasitələrin daşınması ilə bağlı məlum marşrutlardan biri ilə hərəkət edən sürətli qayıq olub. “İstintaq məlumatları gəminin narkotik vasitələrin […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə […]

Dünya
Dünya Gündəm Siyasət

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-nin dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin […]

Hadisə
Dünya Gündəm Hadisə

Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yanğından sonra 9 Çin vətəndaşının taleyi məlum deyil. “Podratçı təşkilatın əməkdaşları olan daha 9 Çin vətəndaşının taleyi naməlum […]

Hadisə
Dünya Gündəm Hadisə

Pakistanda yanğın nəticəsində 15 körpə ölüb

Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb. Əks-səda xəbər verir ki, bu barədə rəsmilər bu gün məlumat yayıblar. Pims xəstəxanası nümayəndələrinin məlumatına görə, hadisə baş verən zaman doğum şöbəsində 16 yeni doğulmuş körpə olub, onlardan yalnız birini xilas etmək mümkün olub. Xilasetmə xidmətlərinin məlumatına görə, yanğın federal […]

Hadisə
Dünya Gündəm Hadisə

ABŞ-də ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib

ABŞ-nin Montana ştatında atışma və ardınca baş verən yanğın nəticəsində dördü uşaq olmaqla səkkiz nəfər həyatını itirib. Əks-səda xəbər verir ki, bu barədə ABC News polisə istinadən xəbər verib. Hadisə avqustun 23-də Billinqs şəhərində yerləşən fərdi yaşayış evində baş verib. Atışma barədə məlumat daxil olduqdan sonra polis hadisə yerinə gəlib. Lakin həmin vaxt ev artıq alov içində olub. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.