Year: 2026

Kanada
Dünya Gündəm İQTİSADİYYAT

Kanada yeni buzqıran gəmilərə 8 milyard dollar xərcləyəcək

Kanada hökuməti sahil mühafizəsi üçün altı yeni buzqıran gəminin inşası məqsədilə 11,3 milyard dollar (təxminən 8 milyard ABŞ dolları) ayıracaq. Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni bu barədə Kvebek vilayətinin Levis şəhərində çıxışında bildirib. O, inşa işlərinin 2027-ci ilin payızında başlayacağını və təxminən beş ilə başa çatacağını bildirib. Layihənin təxminən 5 […]

Hadisə
Gündəm Hadisə Ölkə

Lökbatanda kişi hasardan yıxılaraq ölüb

Lökbatanda kişi hasardan yıxılaraq ölüb. Əks-səda xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində rayon ATS-nin işçisi qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərindən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Dünya
Dünya Gündəm Sağlamlıq

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Konqonun Milli İctimai Səhiyyə İnstitutunun hesabatında bildirilib. “Konqoda Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 514-ə çatıb. Son 24 saat ərzində 55 yeni yoluxma halı, 23 ölüm qeydə alınıb, 18 nəfər sağalıb. Beləliklə, epidemiya başlayandan bəri ölənlərin sayı isə 2 642 nəfərə […]

Hadisə
Gündəm KriminaI Ölkə

Bakıda kişi qətlə yetirilib, arvadı saxlanılıb

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib. Əks-səda xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb. A.Azizova polis […]

Hadisə
Dünya Gündəm Hadisə

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Grippen” qırıcısı Solnok şəhəri ərazisində qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin baş naziri Peter Madyar sosial şəbəkə səhifəsində bildirib. Onun sözlərinə görə, pilot katapult etməyə macal tapıb. “İlkin məlumatlara görə, xəsarət alan yoxdur, mülki infrastruktura ziyan dəyməyib”, – o yazıb.

İdman
Dünya Gündəm Idman

“Mançester Yunayted” “Barselona”nın futbolçusu Alexandro Balde üçün danışıqlara başlayıb

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Alexandro Balde üçün danışıqlara başlayıb. Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. “Qırmızı şeytanlar”ın nümayəndələri 22 yaşlı sol cinah müdafiəçisinin agenti Xorxe Mendeşlə əlaqə saxlayıblar. Tərəflər oyunçunun transferinə görə mümkün şərtləri müzakirə edirlər. Xatırladaq ki, Kataloniya təmsilçisinin yetirməsi olan A.Balde 2021-ci ildən əsas komandada çıxış […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə Sosial

Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib. Əks-səda xəbər verir ki, 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən düşərgəyə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaş arası 30 məktəbli şəhid […]

İdman
Gündəm Idman Ölkə

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Tvente” (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək. Əks-səda xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib. “Tvente” Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir”, – klub rəsmisi bildirib. Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 […]

Rusiya - Ukrayna
Dünya Gündəm Hadisə

Rusiya Çerniqova zərbə endirib, 14 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə zərbəsi nəticəsində 14 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus özünün teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, zərbə nəticəsində yanğın baş verib, hadisə yerində yanğınsöndürmə xidmətləri işləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.