“Yuventus”un futbolçusu Fabio Miretti “Beşiktaş”a keçə bilər
İtaliyanın “Yuventus” klubunun futbolçusu Fabio Miretti karyerasını Türkiyədə davam etdirə bilər. Əks-səda “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, “Beşiktaş” 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Hazırda klublar arasında danışıqlar davam edir. Xatırladaq ki, 2011-ci ildə “Yuventus”un aşağı yaş qruplarına cəlb edilən Fabio Miretti 2021-ci ildən əsas komandanın heyətində yer alır.











