Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Krasnodar vilayətində PUA hücumu nəticəsində 2 nəfər ölüb

Rusiyanın Krasnodar vilayətinin Seversk rayonuna PUA hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hücum nəticəsində Afipski qəsəbəsində azı 10 fərdi yaşayış evinə ziyan dəyib. Evlərdən birində yanğın başlayıb. Həmçinin neft emalı müəssisəsinin ərazisində də yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər və operativ xidmətlərin əməkdaşları işləyir.

Hadisə
Gündəm Hadisə Ölkə

Yusif Səfərov küçəsində 32 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, Rəsulov Pərviz Salman oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Xətai rayonu, Yusif Səfərov küçəsində 1994-cü il təvəllüdlü Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib. Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

İdman
Gündəm Idman Ölkə

“Sabah” Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq. Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək. Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start veriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək. Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu […]

Ermənistan, Robert Köçəryan
Dünya Gündəm

Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Əks-səda xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib. Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət […]

Hadisə
Gündəm Hadisə Ölkə

Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var

Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Əks-səda xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü Mahmud […]

Türkiyə
Dünya Gündəm Hadisə

Türkiyədə sərnişin avtobusu ilə yanacaq maşını toqquşub, onlarla insan xəsarət alıb

Türkiyənin Kayseri vilayətinin Melikgazi rayonunda sərnişin avtobusu ilə yanacaq daşıyan avtomobilin toqquşması nəticəsində 35 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə yerinə təcili yardım maşınları, polis əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alanlar şəhərdəki xəstəxanalara aparılıb. Zərbənin təsirindən tankerdəki yanacaq yola dağılıb. Hadisənin başvermə hələ məlum deyil. Qəza ilə bağlı […]

Hadisə
Dünya Gündəm Hadisə

Venesuelada zəlzələ qurbanlarının sayı artıb

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 500 nəfəri keçib. Əks-səda xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin açıqlamasında bildirilib. Son rəqəmlərə görə, zəlzələ nəticəsində 6 509 nəfər ölüb, 226 696 nəfər tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Eyni zamanda 25 000-dən çox evə ziyan dəyib. […]

Hadisə
Gündəm KriminaI Ölkə

Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir

Ağdamda qətl hadisəsi törədilib. Əks-səda xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

ABŞ
Cəmiyyət Dünya Gündəm

ABŞ sığınacaqla bağlı müraciət etmiş əcnəbilər üçün vizaları ləğv edə bilər

ABŞ-nin Prezident Administrasiyası sığınacaq üçün müraciət etmiş və ya onu almaq prosesində olan əcnəbilər üçün 200 000-ə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb. Dövlət Departamenti ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi ilə qısamüddətli vizalarla ölkəyə daxil olan və sonra burada qalmaq […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.