Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, 2000-ci il təvəllüdlü Türbəndəyev Elmir İnqilab oğlu idarə etdiyi “Toyota Prius minik” markalı avtomobili ilə 1977-ci il təvəllüdlü Aslanov İlyas Hüseyn oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Hadisə
Gündəm Hadisə Ölkə

Sabunçuda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi “Mercedes E 200” markalı, avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 1966-cı il təvəllüdlü Nağıyeva Mehriban Bəşir qızını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Krasnodar və Dağıstandakı “Ozon” obyektləri PUA zərbələrinə məruz qalıb

Krasnodar və Dağıstanda (Rusiya) “Ozon”un logistika obyektləri avqustun 24-nə keçən gecə hücuma məruz qalıb, güclü yanğın başlayıb. Əks-səda xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “Telegram”da məlumat yayıb. Məlumata görə, Mahaçqalada pilotsuz uçuş aparatlarının zərbələri zamanı bir neçə nəfər xəsarət alıb. “Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik”, – məlumatda bildirilib. […]

İdman
Gündəm Idman Ölkə

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək. Əks-səda xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək. Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək. Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq. Xatırladaq ki, C qrupunun oyunları […]

Hadisə
Dünya Gündəm Hadisə

Çində 4,7 maqnitudalı zəlzələ baş verib

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətinin İbin şəhərində 4,7 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə “CCTV” Çin Seysmik Şəbəkə Mərkəzinə istinadən məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələ 5 km dərinlikdə baş verib.

Rusiya - Ukrayna
Dünya Gündəm Hadisə

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən “Yujnı” limanına zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bundan başqa, limanı təmin edən PS-330 “Acalik” elektrik yarımstansiyası da vurulub. Məlumata görə, “Yujnı” limanında yanacaq-sürtkü materialları daşıyan tanker, Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan beş yanacaq çəni, hərbi təyinatlı əmlakın saxlanıldığı […]

Dünya
Dünya Gündəm Siyasət

Avropa İttifaqı Şurasının rəhbəri və bir sıra ölkələrin liderləri Kiyevdə səfərdədirlər

Estoniya, Lüksemburq və Moldovanın dövlət və hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər ediblər. Əks-səda xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkələrdə məlumat verib. “Bu gün səhər Ukraynanın müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd etmək üçün bizə qoşulan müttəfiqlərimizi Kiyev vağzalında qarşıladıq”, – […]

Avropa Komissiyası
Dünya Gündəm

Avropa Komissiyası Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayırıb

Avropa Komissiyası (AK) bazar ertəsi Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə Komissiyanın açıqlamasında bildirilib. “Ukraynanın Müstəqillik Günündə Avropa öz sarsılmaz və konkret dəstəyini nümayiş etdirir. Bu gün biz Ukraynanın böyük ehtiyac duyduğu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, raketlər, döyüş sursatları və radarlara 6,1 milyard […]

İdman
Gündəm Idman Ölkə

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Əks-səda Peşəkar Futol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0. Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb. Qeyd edək ki, “Neftçi”nin ilk […]

Hadisə
Gündəm Hadisə KriminaI Ölkə

Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir

Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir. Əks-səda xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Belə ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.