Year: 2026

Gündəm Hadisə Ölkə

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb. Əks-səda xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır, axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Cəmiyyət Gündəm Ölkə

Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 2 nömrəli marşrut: “Dərnəgül” m/st istiqamətində: Puşkin […]

Gündəm Hadisə Ölkə

Ucarda ağır yol qəzasında iki nəfər ölüb

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford Transit” markalı nəqliyyat vasitəsilə “KamAZ” markalı yük maşını toqquşub. Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və Əhmədov Aqil ölüb. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Maraqlı

Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb

Avstriyanın Zalsburq şəhərində məşhur bəstəkar Volfqanq Amadey Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb. Əks-səda Associated Press agentliyinə istinadən xəbər verir ki, alman konseptual rəssamı Ottmar Hörl tərəfindən Motsartın yubileyi münasibətilə hazırlanmış installyasiyada ümumilikdə 320 polimer heykəlcik yer alıb. Heykəlciklər Avstriya bəstəkarını və onun sevimli itini təsvir edir. Qeyd olunur ki, installyasiyanın təqdimatı iyul ayında keçirilib. […]

Dünya Gündəm Hadisə

İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. Qeyd edək ki, bu, […]

Manşet Ölkə Siyasət

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “İndoneziyada baş verən insan tələfatı, eləcə də xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. […]

Dünya Gündəm Hadisə

ABŞ-də universitetdə atışma olub, beş nəfər yaralanıb

ABŞ-nin Virciniya Ştat Universitetində baş verən atışma nəticəsində beş nəfər yaralanıb. Əks-səda ABC News telekanalına istinadən xəbər verir ki, hadisə universitet şəhərciyinin ərazisində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xidmət aparırlar. Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritikdir. Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə

Ukrayna ordusu Rusiyada kosmik mərkəzi “Flaminqo” raketləri ilə hədəfə alıb

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyaları mərkəzi “Proqres”ə hücum edib. Əks-səda “UNIAN“a istinadən xəbər verir ki, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib. Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub. Ukrayna ordusu Samaradakı “Proqres” mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib. “Soyuz-2” isə Rusiyanın “Rassvet” […]

Gündəm KriminaI Ölkə

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dünya Gündəm Hadisə

Kolumbiyada mədəndə partlayış olub, ölənlər var

Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Blu Radio” məlumat yayıb. Məlumata görə, hadisə zamanı yerin altında olan yeddinci mədənçi səthə çıxmağı bacarıb. Qeyd olunur ki, El Porvenir mədəni bu yaxınlarda Kolumbiyanın Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb. Yoxlama zamanı həlli tələb olunan təhlükəsizlik problemləri müəyyən edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.