Year: 2026

Dünya Gündəm Texnologiya

ABŞ-də “Claude” süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb

ABŞ-də “Claude” süni intellekt modeli ilk dəfə olaraq real işçilərin meneceri kimi çıxış edib və onlardan birini işdən çıxarmaq qərarına gəlib. Əks-səda “Time” jurnalına istinadən xəbər verir ki, təcrübə “Andon Labs” tədqiqat startapı tərəfindən aparılıb. “Claude” San-Fransiskoda işçilərin qüvvədə olan əmək müqavilələrinin olduğu mağazanı idarə edib. Qeyd olunur ki, əməkdaş 23 növbədən 17-sinə gecikdiyinə görə işdən […]

Dünya Elm Gündəm

NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) “Artemis” (Artemida) Ay proqramını sürətləndirib. Əks-səda xəbər verir ki, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib. “Biz “Artemis” proqramını sürətləndiririk. Əslində, “Artemis 3″ missiyası üçün raket hazırda şaquli montaj binasında inşa olunur. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları Ay səthinə qaytaracağıq”, – o, Florida ştatındakı Kanaveral […]

Dünya Gündəm Texnologiya

ABŞ “Apple” şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb

Tramp administrasiyası Amerikanın “Apple” texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb. Əks-səda “The Wall Street Journal”a istinadən xəbər verir ki, yaddaş çiplərinin çatışmazlığı “Apple” şirkətini Çin şirkətlərindən komponentlər almağı nəzərdən keçirməyə məcbur edir. “Tramp administrasiyası bunu dəstəkləmir”, – ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib. O, çip çatışmazlığını həll etməyin Amerika şirkətlərinin Çin məhsullarını alması ilə […]

Gündəm Idman Ölkə

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün keçiriləcək. Əks-səda xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:30-da start götürəcək. Günün ikinci görüşündə “Kəpəz” “Sabah”ın qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq. Misli Premyer Liqası I dövrə, I tur 15 avqust 18:30. “Araz-Naxçıvan” – “İmişli” Hakimlər: Əliyar Ağayev, […]

Cəmiyyət Gündəm Ölkə

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. Əks-səda xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda […]

Dünya Gündəm Hadisə

İndoneziyada  7,7 maqnitudalı zəlzələ: dağıntılar altında 20 nəfərin meyiti aşkarlanıb

İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb. Əks-səda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə və 35 km dərinlikdə yerləşib. Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib. Zəlzələ nəticəsində 20 nəfər ölüb. Bundan başqa, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı […]

Gündəm Hadisə Manşet Ölkə

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı […]

Cəmiyyət Gündəm Ölkə

Bakının əsas küçə və prospektləri yuyulub

Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.