İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüb. Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Dünən İMQ Deyr əl-Bəlah ərazisində HƏMAS-ın xüsusi təyinatlı “Nuxba” bölməsinin komandiri, oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Abdulla Adnan Taha Əbu əl-Tayefi öldürüb. Şati ərazisindəki ayrı bir əməliyyat zamanı HƏMAS-ın “Dərəc Tuffa” batalyonunun […]











