Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Bakıda 100-dən çox küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır

Bakının 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. Bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib. Hazırda proqram çərçivəsində 20-yə […]

Dünya Gündəm Idman

“Çelsi” İngiltərə millisinin futbolçusu Cordan Hendersonu transfer edib

İngiltərə millisinin futbolçusu Cordan Henderson karyerasını “Çelsi”də davam etdirəcək. Əks-səda xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 36 yaşlı yarımmüdafiəçi ilə iki mövsümlük müqavilə imzalanıb. Henderson 2025-ci ilin yayından “Brentford”un formasını geyinirdi. Təcrübəli futbolçu karyerasının böyük hissəsini isə “Liverpul”da keçirib. O, Mersisayd təmsilçisi ilə İngiltərə çempionu olub, UEFA Çempionlar Liqasını, Klublararası […]

Gündəm Hadisə Ölkə

Ələt yaxınlığında nəzarətsiz ərazidə gənc dənizdə batıb

Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfər batıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirililib ki, məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. […]

Dünya Gündəm Hadisə

İstanbulda torpaq sürüşməsi baş verib

Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib. Əks-səda xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Məlumata görə, əraziyə yanğınsöndürmə, xilasetmə, tibbi yardım və polis əməkdaşları cəlb olunub. Hazırda dağıntılar altında qaldığı ehtimal olunan şəxslərin axtarış-xilasetmə işləri aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Gündəm Hadisə Ölkə

Lənkəranda yanğın baş verib

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yayılma riskinin yüksək olmasına baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Gündəm Hadisə Ölkə

Yevlaxda antisanitar şəraitdə fəaliyyət göstərən pivə sexinin fəaliyyəti dayandırılıb

Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında antisanitar şəraitdə fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, sözügedən müəssisədə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu […]

Dünya Gündəm Hadisə

Ukraynaya məxsus dronun Krasnodara düşməsi nəticəsində 4 nəfər ölüb

Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndinə düşməsi nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb. “Xəsarət alan 10 nəfərdən ikisi uşaqdır. İki böyük və bir uşaq xəstəxanaya yerləşdirilib. Digər zərərçəkənlərə yerində […]

Gündəm KriminaI Ölkə

Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb, ikisi də ölüb

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. Əks-səda xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir. […]

Gündəm KriminaI Ölkə

İrandan Azərbaycana 113 kq-a yaxın heroin keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub. Əks-səda xəbər verir ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram […]

Dünya Gündəm Idman

Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib

Braziliyanın “Sentro Sportivo Alaqoano” klubunun gənclər komandasının 15 yaşlı futbolçusu Mikael Leandro da Silva yoldaşlıq oyunu zamanı qətlə yetirilib. Əks-səda xəbər verir ki, hadisə Maseyo şəhərində baş verib. Atışma nəticəsində yeniyetmə idmançı ilə yanaşı, digər şəxslər də xəsarət alıblar. Mülki polis əməkdaşları şahidlərin dindirilməsinə başlayıb. Cinayətin narkotik alveri ilə məşğul olan qruplaşmalar tərəfindən törədildiyi bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.