Year: 2026

Gündəm Hadisə

Şəkidə biçilmiş taxıl sahəsində yanğın olub

Şəkidə biçilmiş taxıl sahəsində yanğın baş verib. “Əks-səda” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Şorsu kəndi ərazisində qeydə alınıb. “Şəki şəhəri, Şorsu kəndində biçilmiş taxıl sahəsində baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb”, – deyə məlumatda vurğulanıb.

Dünya Gündəm

CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 14 iyul saat 16:00-da (Bakı vaxtı ilə 15 iyul saat 00:00-da) İran limanlarının blokadasını bərpa edəcək. “Əks-səda” xəbər verir ki, CENTCOM bu barədə məlumatı “X” sosial şəbəkəsində paylaşıb. “CENTCOM qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və ya çıxan gəmilərə qarşı blokada tətbiq edəcək”, – bəyanatda deyilir. Digər gəmilərə Hörmüz […]

Cəmiyyət Gündəm Rəsmi

Azərbaycan lideri: Ancaq özümüzə və dövlətə güvənməliyik

Son 23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir. “Əks-səda” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. “23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı […]

Gündəm Idman

İsrailin “Makkabi” klubu Mahir Emrelini heyətinə qatmaq istəyib

Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib. “Əks-səda” xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub. “Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha […]

Dünya Gündəm

Rusiyanın Belqorod vilayətində Ukraynanın hücumları nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində Ukraynanın zərbələri nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. “Əks-səda” xəbər verir ki, bu barədə region qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib. Onun sözlərinə görə, ötən sutka ərzində 91 zərbə endirilib. Ölüm halları Borisov və Krasnoyarujsk dairələrində qeydə alınıb. Hava hücumundan müdafiə heyətləri və cəlb olunmuş bölmələr 124 PUA vurub.

Dünya Gündəm

İran AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmayacaq

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkənin nüvə obyektlərinə buraxmayacaq. “Əks-səda” İran mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib. Daha əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin müfəttişlərinin yaxın vaxtlarda İrana səfər edə biləcəyini bildirərək, bu məsələ ilə bağlı texniki danışıqların artıq […]

Dünya Gündəm

Papua-Yeni Qvineyada 6,5 maqnitudalı zəlzələ baş verib

Papua-Yeni Qvineyanın Lorenqau regionunda 6,5 maqnitudalı zəlzələ baş verib. “Əks-səda” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələnin ocağı 47,8 km dərinlikdə yerləşib. Yaralananlar barədə hələlik məlumat daxil olmayıb.

Gündəm Hadisə

Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 6-dan 12-nə qədər 60 tank əleyhinə mina, 54 piyada əleyhinə mina, 237 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. “Əks-səda” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1 421, 8 hektar ərazi minalardan təmizlənib.

Dünya Gündəm

Polşa Ukraynaya “Patriot” üçün raketlər verib

Polşa Ukraynaya ABŞ-nin “Patriot” zenit-raket kompleksləri üçün raketlər verib. “Əks-səda” İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Tsezari Tomçik bildirib. “Polşa Ukraynaya Patriot sistemi üçün 3-9 raket verib, çünki NATO-nun baş katibi bunu xahiş edib”, – Tomçik bildirib. Nazir müavini raketlərin dəqiq sayını qeyd etməyib, lakin onların Polşa ehtiyatlarının “cüzi hissəsini” təşkil […]

Gündəm Idman

“Zirə”dən ayrılan Fuad Bayramov “Səbail”ə keçib

“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək. “Əks-səda” xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.