Year: 2026

Digər Gündəm

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir. “Əks-səda” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Qeyd olunub ki, 13-14 iyulda geomaqnit sahəsinin fəallığının G1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.

Gündəm KriminaI

6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir

Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib. “Əks-səda” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb. Bildirilib ki, onlardan 2766-si kişi, 82-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır. […]

Gündəm Ölkə Siyasət

Rumıniya Senatının nümayəndə heyəti Xankəndiyə səfər edib

İyulun 13-də Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti Xankəndiyə səfər edib. “Əks-səda” xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovla görüşüb. Görüş zamanı qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və […]

Dünya Gündəm

Aİ Moldovaya HHM sisteminin gücləndirilməsi üçün 120 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu çərçivəsində Moldova Silahlı Qüvvələrinin dəstəklənməsi və ölkənin hava hücumundan müdafiə (HHM) sahəsindəki imkanlarının gücləndirilməsi üçün 120 milyon avronun ayrılmasını təsdiqləyib. “Əks-səda” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Vəsait Moldova ordusu üçün ortamənzilli HHM sisteminin tədarükünün maliyyələşdirilməsinə yönəldiləcək. Bu tədbir Aİ tərəfindən hava müşahidəsi və HHM sistemlərinin […]

Dünya Gündəm Media

Media: Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Donald Trampın NATO sammiti üçün Ankaraya səfəri zamanı ona qızılı, fərdiləşdirilmiş revolver və döyüş sursatı dəsti hədiyyə edib. “Əks-səda” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşrinə bir neçə mənbə bildirib. Həmsöhbətlərin sözlərinə görə, Ərdoğan sammitdə iştirak edən bütün NATO ölkələrinin liderlərinə oxşar fərdiləşdirilmiş revolverlər hədiyyə edib. Lakin […]

Dünya Gündəm

İrəvanın sabiq merindən 200 min dollardan çox vəsait müsadirə ediləcək

İrəvanın keçmiş meri Qaqik Beqlaryandan 76,8 milyon dramdan (təxminən 208 min dollar) çox vəsait müsadirə olunacaq. “Əks-səda” xəbər verir ki, bu barədə Ermənistan mediası Antikorrupsiya məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, məhkəmə iyulun 7-də prokurorluğun müvafiq iddiasını tam təmin edib. Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qeyd olunan məbləğ Beqlaryandan İrəvan bələdiyyəsinin xeyrinə […]

Dünya Gündəm

Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. “Əks-səda” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Fransa və Almaniya Federativ Respublikasında Rusiya səfirlərinin xarici siyasət idarələrinə çağırılmasından sonra Lambsdorff da Rusiya XİN-ə dəvət edilib. Paris və Berlin Avropada həyata keçirildiyi iddia olunan “genişmiqyaslı kiberkampaniyanı” pisləyərək bu addımı atıblar. Rusiya tərəfi […]

Cəmiyyət Gündəm

Paytaxtın Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirib. “Əks-səda” xəbər verir ki, görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb. Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda […]

Digər Gündəm

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq. “Əks-səda” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % […]

Dünya Gündəm

Bəqai: Lavrovun İrana səfərinə hazırlıq görülür

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfərinə hazırlıq görülür. “Əks-səda” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib. “Bu səfər planlaşdırma mərhələsindədir və tarix müəyyən edilən kimi bu barədə elan edəcəyik”, – o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.