Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Nyu-Yorkun Manhetten rayonunda metro stansiyasının platformasında təxminən 30 yaşlı kişi güllələnərək öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb. Məlumata görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21-də (Bakı vaxtı ilə saat 20:21) E xəttinin şimal istiqamətində hərəkət edən qatarlarına xidmət göstərən “53-cü küçə – Yeddinci prospekt” metro stansiyasının platformasında baş verib. […]











