Year: 2026

Dünya Gündəm Hadisə

Hücuma məruz qalmış Panama gəmisindən 25 nəfər təxliyə edilib

Omanın Kral Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə birlikdə Panama bayrağı altında üzən RITI ticarət gəmisinin 25 heyət üzvünü təxliyə edib. Əks-səda xəbər verir ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Məlumata görə, gəmi Musandam əyalətinin sahillərindən 1,6 dəniz mili məsafəsində hücuma məruz qalıb, nəticədə göyərtədə yanğın baş verib. […]

Manşet Ölkə Siyasət

Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) inkişafındakı rolunu qeyd edib. Əks-səda xəbər verir ki, o, bu barədə TDT-nin Ankarada keçirilən 13-cü Zirvə görüşündə çıxışı zamanı bildirib. “Azərbaycanın təşkilata sədrliyi dövründə Türk xalqlarının qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində görülən əhəmiyyətli işlərə görə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab […]

Dünya Gündəm Hadisə

Almatıda kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb

Almatıda (Qazaxıstan) Respublika fizika-riyaziyyat məktəbinin yeməkxanası və internat məktəbi şagirdlərin kütləvi zəhərlənməsindən sonra 60 gün müddətinə bağlanıb. Əks-səda xəbər verir ki, bu barədə Qazaxıstan mediası Almatı sanitariya-epidemioloji nəzarət departamentinə istinadən məlumat yayıb. Laborator tədqiqatlar bəzi qida nümunələrində dezinfeksiya qaydalarının pozulmasını aşkar edib. Qida blokunun dörd əməkdaşı işdən kənarlaşdırılıblar. Xəstəxanaya yerləşdirilən 58 nəfərin hamısı qənaətbəxş vəziyyətdə evə […]

Dünya Gündəm Hadisə

SEPAH Hörmüz boğazında iki neft tankeri ilə bağlı insident barədə məlumat yayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankeri ilə bağlı insident barədə məlumat verib. Əks-səda xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. “Hər iki tanker naviqasiya və lokasiya sistemlərini söndürüb və ABŞ hərbçilərinin dəstəyi ilə “icazə verilməyən marşrut”la boğazdan çıxmağa cəhd edib”, – məlumatda bildirilib. Hadisə ilə bağlı konkret təfərrüatlar açıqlanmayıb.

Gündəm KriminaI Ölkə

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 […]

Dünya Gündəm KriminaI

Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb

Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib. Həmin şəxs Svidnitsa şəhərində saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi dəmir yolu infrastrukturu obyektlərinin şəkillərini çəkib. “Polis xarici xüsusi xidmət orqanlarının maraqları naminə […]

Cəmiyyət Gündəm Ölkə

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. Əks-səda bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. “Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və […]

Gündəm Hadisə Ölkə

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Astara rayonunda torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb. Əks-səda xəbər verir ki, sürüşmə Pensərçayın rayonun Vaqo kəndindən keçən hissəsində baş verib. Belə ki, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamacı yuyulub. Nəticədə ümumilikdə 20 metr uzunluqda olan 16 torpaq qatı çaya aşıb. Həmçinin kəndin bəzi məhəlləarası yollarının eni azalıb. Hazırda […]

Dünya Gündəm Hadisə

İspaniya sahillərində 113 miqrantın olduğu qayıq aşkar edilib: onlardan ikisinin öldüyü məlum olub

İspaniyanın El-Yerro adasının cənubundakı La-Restinqa limanında Qambiyadan olan 113 qeyri-qanuni miqrantı daşıyan kiçik qayıq aşkar edilib. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası adanın təcili yardım xidmətlərinə istinadən məlumat yayıb. “Qayıq La-Restinqadan təxminən 68 kilometr cənubda aşkar edildikdən sonra Santa-Krus-de-Tenerifedəki Koordinasiya Mərkəzi kömək göstərmək üçün “Helimer 204” helikopterini və “Salvamar Navia” gəmisini göndərib. 111 miqrant […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.