Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Oktyabrın son günü Azərbaycanda yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb […]

Dünya Gündəm Hadisə

İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb

İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb, ən irimiqyaslı aksiyaların Milanda keçiriləcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Etirazçılar əməkhaqqının artan yaşayış xərclərinə uyğun olaraq tənzimlənməsini tələb edirlər. Həmkarlar ittifaqları hökuməti ilkin tələbat mallarının, kommunal xidmətlərin və kirayə qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görməyə, həmçinin ilkin tələbat malları üzrə ƏDV-nin azaldılmasına çağırır. […]

Dünya Gündəm Siyasət

Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib

ABŞ və İran arasında razılaşmanın əldə olunmasına dair səylər çərçivəsində qətərli vasitəçilər Tehrana qayıdıblar. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, vasitəçilik danışıqları Vaşinqtonla əlaqələndirilir. Mənbənin sözlərinə görə, Qətər İrana sülh planının layihəsini təqdim edib. Lakin yüksək vəzifəli İran rəsmisi təklif olunan şərtləri qəbuledilməz adlandırıb […]

Dünya Gündəm KriminaI

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. “Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin rəisi […]

Gündəm Hadisə KriminaI Ölkə

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu […]

Dünya Gündəm KriminaI

Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb

Şımkənd (Qırğızıstan) hava limanında dəyəri 227,8 milyon tengə (503 min dollar) olan təxminən 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb. Əks-səda Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nəqliyyat Prokurorluğundan bildirilib. “Özbəkistan vətəndaşları qiymətli metalı Şımkənd hava limanı vasitəsilə qeyri-qanuni olaraq Türkiyəyə aparmağa cəhd ediblər. Qızılı gömrük nəzarətindən gizlətmək üçün onun zərrəcikləri çamadanların daxili astarına […]

Cəmiyyət Gündəm Ölkə

Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur. Əks-səda xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ADY “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir: […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Biləcəridə hotelin fəaliyyəti dayandırılıb

Biləcəridə hotelin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması […]

Cəmiyyət Gündəm Ölkə

“20 Yanvar”-“Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin […]

Gündəm Hadisə Ölkə

Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. Əks-səda xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.