Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
Çinin “CAS Space” aerokosmik şirkəti təkrar istifadə edilə bilən “Lihong 2” kosmik aparatının ilk uçuş sınağını 2027-ci ilin birinci rübündə keçirməyi planlaşdırır. Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bu barədə “CAS Space”in “Frontier Labs” bölməsinin icraçı vitse-prezidenti Van İnçen bildirib. “Biz kosmik aparatın təxminən 100 km yüksəklikdən qayıtmaq və Yerə təhlükəsiz eniş etmək qabiliyyətini sınaqdan […]











