Year: 2026

Kriminal
Gündəm Hadisə KriminaI Ölkə

Gəncədə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 36 yaşlı şəxs vəfat edib

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb. Əks-səda xatırladır ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə və necə baş verməsi […]

Hadisə
Gündəm Hadisə Ölkə

Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, “KİA” markalı minik avtomobili motosikletlə toqquşub. Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib. Hadisənin təfərrüatları araşdırılır.

Hadisə
Gündəm Hadisə Ölkə

Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Sülh prospektində baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbi araşdırılır.

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə “Yandex Cloud” teleqram kanalında bildirib. Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər. Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun […]

Hadisə
Dünya Gündəm Hadisə

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin (QBR) ləğvi mərkəzinə zərbə endirib. Əks-səda “Defense Express”ə istinadən xəbər verir ki, USQ-nin Baş Qərargahının məlumatına əsasən, müəssisədən partlayıcı maddələrin və raket yanacağının komponentlərinin istehsalı üçün istifadə olunurdu. Mərkəz 1991-ci ildə 32193 saylı hərbi hissənin bazasında […]

Hadisə
Dünya Gündəm Hadisə

BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb. “Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir”, – diplomatik nümayəndəliyin […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub, 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Türkiyədə yük maşını ilə sərnişin avtobusu toqquşub. Əks-səda yerli mətbuata istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda baş verib. Qəza nəticəsində 11 nəfər ölüb, daha 27 nəfər xəsarət alıb. Əraziyə təcili yardım, polis əməkdaşları, xilasedicilər cəlb olunub. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Həftənin ilk günü ölkə ərazisində hava yağmurlu keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Əks-səda xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət […]

Hadisə
Dünya Gündəm KriminaI

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma […]

Hadisə
Gündəm Hadisə Ölkə

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb

Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub. Əks-səda xəbər verir ki, hadisə Təzəkənd kəndində baş verib. Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev “VAZ-2107” markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.